Ermənilərdən türk futbolçulara qarşı təxribat

Ermənilərdən türk futbolçulara qarşı təxribat backend

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsində keçiriləcək “Beşiktaş” - “Lion” qarşılaşması öncəsi ermənilər təxribata əl atıblar.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, erməni əsilli Fransa vətəndaşları əllərində “ermənilər üçün oynayın” sözləri yazılan plakatlarla stadiona daxil olublar.

Kristian Manoukyan adlı tərəfdar ermənilərin “Lion”u dəstəklədiyini deyib: “Bizim qəlbimizdə türklərə yer yoxdur. Bütün ermənilər “Lion”un qələbə qazanmasını istəyir. “Lionun” futbolçuları ermənilər üçün oynayıb, qələbə qazanmalıdırlar”.

Bir qrup erməni təxribatçı türkiyəli tərəfdarların stadiona buraxılmamasını tələb edib.
Diaspora