Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun bütün təyinatları müəyyənləşib. "Report"un məlumatına görə, qarşılaşmalardan 3-ü FİFA referilərinə həvalə olunub.
"İnter"lə "Qarabağ" arasında keçiriləcək mərkəzi oyunda Rəhim Həsənov iş başında olacaq. Əliyar Ağayev Sumqayıtda, Ömər Paşayev Gəncədə fit çalacaq.Sabiq beynəlxalq dərəcəli hakim Orxan Məmmədova isə paytaxt derbisi həvalə olunub.
15 aprel (şənbə)
“Neftçi” – AZAL
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim inspektor: Əhmədağa Cabbarov
“Bakcell Arena”, 18:30
“Sumqayıt” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim inspektor: Məlik Həsənov
“Kapital Bank Arena”, 16:30
16 aprel (bazar)
“Kəpəz” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu, 16:00
“İnter” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim inspektor: Kərim Ağayev
“İnter Arena”, 18:30
Turun bütün oyunları “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.