Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün "Neftçi" ilə qarşılaşacaq "İnter" ciddi itki ilə üzləşib.
Qol.Az-ın PFL-in rəsmi "facebook" səhifəsinə istinadən məlumatına görə, komandanın qapıçısı Georgi Lomaya zədələnib.Gürcüstanlı qolkiperin çiynində çat aşkarlanıb. Lakin onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.
Qeyd edək ki, "İnter" - "Neftçi" oyunu bu gün, saat 19:00-da başlayacaq.