Azərbaycanın cüdo üzrə beynəlxalq dərəcəli hakimi Mətin Rəhimli Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirində final görüşünü idarə edib. “Report”un məlumatına görə, M.Rəhimli 48 kq çəki dərəcəsində qadınların həlledici görürüşünün əsas hakimi olub.
Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub. Yığma üzvləri yarışda ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.