Zemanın mövsümdə ikinci istefası

Zemanın mövsümdə ikinci istefası backend

İtaliya A Seriyasında mübarizə aparan "Kalyari" klubunun baş məşqçisi Zdenek Zeman istefa verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çexiyalı mütəxəssis istefası ilə bağlı rəhbərliyə yazılı müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Komanda üçün əlimdən gələni etdim. Futbolçular da məsuliyyəti üzərilərinə götürsə, bu, daha ədalətli olar". Zemanın istefa qərarı rəhbərlik tərəfindən qəbul olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayında komandadan qovulan Zemanı Canfranko Zola əvəzləmişdi. Lakin martın əvvəllərində yenidən kluba qayıdan 68 yaşlı mütəxəssisin rəhbərliyi altında "Kalyari" bir qələbə belə qazana bilməyib. Komanda geridə qalan 31 turdan sonra 21 xalla 19-cu pillədə qərarlaşıb.
Diaspora