“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Qəbələ”yə qarşı keçiriləcək Topaz Premyer Liqanın 25-ci turunun oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qaziler.az bildirir ki, Qol.az-ın xəbərinə görə, matçdan az əvvəl “CBC Sport”a müsahibə verən Qurbanov deyib:“Almeyda və Şehiç iştirakçılar sırasında olsa da, oyuna tam hazır deyillər. Bədavi isə tam sağalmadığından heyətdə yoxdur. Bu isə bizə problem yarada bilər. Komandanın ümumi hazırlığı yaxşıdı desəm, yalan olar. Futbolçularımız son vaxtlar həddən artıq yüklənib. “Qəbələ”yə qarşı oynamaq ağır və xoş olub”.
“Oyun heç-heçə bitsə, “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik etmək olar” sualına Q.Qurbanovun cavabı belə olub:
“Yox, hətta qalib də gəlsək, çempionluq danışmaq tez olar. Neçə dəfə düşünmədiyimiz nəticələr qeydə alınıb. Tam əmin olmayana qədər, bunu q.bul etmərəm. Ən başlıcası istəyirəm, komanda yaxşı mübarizə aparıb gözəl oyun göstərsin. Bu olsa uduzsaq belə, qarşıdakl oyunarda qalib gələ bilərik”.