“İbrahimoviçin qayıdışı heç nəyi dəyişməyəcək“ – Enrike

“İbrahimoviçin qayıdışı heç nəyi dəyişməyəcək“ – Enrike backend

"Cəzası başa çatan "İbrahimoviçin qayıdışı heç nəyi dəyişməyəcək. PSJ hər zaman eyni səviyyədə oynayır. İbrahimoviç və Veratti bu komanda üçün çox önəmli futbolçulardır. Onların dönüşü komandanı daha da gücləndirəcək".

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike bu axşam Çempionlar Liqasında PSJ ilə qarşılaşacaqları 1/4 finalın cavab oyunu haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis komandasının öz meydanında yalnız qələbəyə oynayacağını bildirib: "Biz yalnız qələbə haqda düşünürük. Bəli, bizi heç-heçə də qane edəcək. Ancaq komandam qələbə qazanmaq üçün meydana çıxacaq. Bunun üçün Parisdəki görüşlə müqayisədə daha da yaxşı oynamalıyıq. Biz rəqibi, onlar da bizi yaxşı tanıyır. İbrahimoviç istənilən mövqedən qapıya zərbə endirə bilər. O, dünyanın ən yaxşı hücumçularından biridir. Oyunda taktikanı dəyişə bilərik. Bunu İbrahimoviç və Veratti PSJ-yə qayıtdığı üçün yox, rəqib komandaya problem yaratmaq üçün edəcəyik".

Qeyd edək ki, səfərdə PSJ-ni 3:1 hesabı ilə məğlub edən "Barselona" bu gün rəqibini öz meydanında qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Diaspora