Bolqarıstanın paytaxtı Sofiya şəhərində 21-yaşadək taekvondoçular arasında Avropa birinciliyi davam edir. “Qafqazinfo” xəbər verir ki, yarışın birinci günü iki idmançımız dayanq üzərinə çıxıb.
Komandamıza isə ilk medalı Fizam Mehtiyev qazandırıb. 58-kq çəki dərəcəsində qitə birinciliyinə qatılan F.Mehtiyev Ermənistan təmsilçisi Albert Hovannisyanı böyük hesabla (23-3) məğlub edib. Növbəti mərhələdə yerli taekvondoçu Koloyan Binevi də (8-5) yarışdan kənarlaşdıran idmançımız Ukraynalı İqor Poyedynoka da (10-7) qalib gələrək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda Dmitri Naqaevlə (İSR) gərgin keçən döyüşün əsas vaxtı bərabər hesabla bitsə də təmsilçimiz qızıl xalda məğlub olaraq bürünc medala layiq görülüb.Digər idmançımız Paniz Esmaeilpour (-46 kq) ilk döyüşündə İsrailli idmançı Abishaq Semberqlə əsas vaxtı bərabər başa vursa da döyüşü qızıl xalla əldən verib. Belə ki, P. Esmaeilpour yarışı erkən başa vurub.
Xatırladaq ki, komandamız Avropa birinciliyinə 7 taekvondoçu ilə qatılıb. Yarışa 9 aprel tarixində yekun vurulacaq.