BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində yoxsulluqla mübarizə məqsədilə 12-ci dəfə xeyriyyə matçı keçirilib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, UNDP Ulduzlar komandası ilə Fransanın "Sent-Etyen" klubunun ulduzları qarşılaşıb.Matç "Sent-Etyen"in 9:7 hesablı qələbəsi ilə başa çatıb.
UNDP Ulduzlar komandasında Fabyen Bartez, Erik Abidal, Canluka Zambrotta, Frank de Bur, Kristian Karambö, Zinəddin Zidan, Ronaldo, Edvin van der Sar, Kafu, Ronald de Bur, Karel Poborski, Klarens Zeedorf, Yuri Corkayeff, David Trezege, Auqustin Okoça, Vladimir Şmitser və Lui Saha çıxış edib.
"Sent-Etyen"in heyətində isə Jeremi Janot, Zuma, Tavlaridis, Kvarme, Brison, Sable, Batllis, Moravcik, Mollo, Pedron, Aleks, Peres, Feyndouno, Potillon, Aubameyanq, Qradel, NQuemo, Moulin, Roçeteau, Paqanelli, Tabanou, Klerk, Kornye, Kristof Qaltye, Mövlüt Erdinç yer alıb.
Ronaldo və Pyer-Emerik Obameyanq het-trikə imza atdığı oyunda Battlis və Mollo "dubl" edib. Trezege, Zeedorf, Corkayeff, Okoça, Aleks və Feynduno isə hərəyə bir dəfə rəqib qapısına yol tapa biliblər.
Oyundan əldə olunan gəlirin 2/3 hissəsi Ebola virusundan əziyyət çəkən Qvineya, Syerra-Lyone və Liberiyaya veriləcək. Qalan məbləğ isə "Sent-Etyen" klubunun təmsil etdiyi şəhərin sosial yardım layihələrini həyata keçirən "ASSE Coeur-Vert" təşkilatına veriləcək.