“Barselona” Lionel Messi ilə müqavilənin müddətini uzatmağa yaxındır. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, gələn ay argentinalı futbolçu ilə yeni – 5 illik müqavilə bağlanacaq.
Bildirilir ki, “Barselona” Messiyə illik 35 milyon avro təklif edir. Bundan başqa, yeni müqavilə bağladığı üçün ona bonus olaraq 40 milyon avro da ödəniləcək.
Xatırladaq ki, 29 yaşlı hücumçunun Kataloniya klubu ilə qüvvədə olan müqaviləsi 2018-ci ilin iyun ayında başa çatır.