“Mançester Yunayted”in və Argentina yığmasının yarımmüdafiəçisi Anxel De Marianın Britaniyanın Çeşir qraflığındakı evini yarmaq istəyiblər. Bu barədə Qazilər.az saytı “Mançester Eveninq News”a istinadən xəbər verir.
Üç nəfər üzü maskalı şəxs qapını qıraraq həyətə daxil olsalar da siqnalizasiya işə düşdükdən sonra hadisə yerini tərk edərək gizlənməyə macal tapa biliblər. Həmin vaxt Di Mariya ailə üzvləri ilə evdə olub.Dərhal hadisə yerinə “Mançester Yunayted”in təhlükəsizlik xidmətinin əməkdaşları gələrək polisin rahat işləməsi üçün Di Mariyanı ailə üzvləri ilə birlikdə evdən otelə aparıblar.
Hadisə İngiltərə premyer – liqasının 23-cü turu çərçivəsində baş tutan mankunianların “Lester”lə oyunundan dərhal sonra baş verib. Oyunda ev sahibləri 3-1 hesabı ilə qalib gəliblər. Argentinalı 90 dəqiqə meydanda olub.
Cari mövsümdə Di Mariya İngiltərə premyer – liqasında 15 oyun keçirmiş, üç qol vurmuş, 6 qol ötürməsi etmişdir.