“Nəticəni kənara qoyaq, oyun maraqlı alındı. Atmosfer yaxşı idi. Meydanda azarkeş çoxluğu göstərdi ki, komandaların oyununa maraq var. Matça gəlincə, “Neftçi” bizim üçün çətin komandadır, bu gün bunun bir daha şahidi olduq. Bu hesab heç nə demək deyil və cavab oyununa daha yaxşı hazırlaşmalıyıq”.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalında "Neftçi" ilə ilk oyundan (2:0) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.- Volkan Dəmirəlin “Qarabağ”a keçidi ilə bağlı xəbərlər yayılıb...
- Belə bir məlumat yoxdur. Heç vaxt onunla danışıq aparmamışıq.
- Qara Qarayevi sağ cınah müdafiəçisi kimi oynatdınız. Bunun səbəbi nə idi?
- Bəli, müdafiəçi çatışmazlığımız var idi. Daha əvvəl, hazırlıq dönəmində Qaranı müdafiəçi kimi oynatmışam. Arxa xətdə çatışmazlıqlar olduğu üçün bu gedişə əl atdıq.
- “Neftçi”nin oyunda nəyisə dəyişməyə gücü çatmadı?
- Belə deməzdim, sona qədər mübarizə apardılar, ola bilər bəxtləri gətirmədi. Sona kimi bizə problem yaşatdılar. Ayrılıqda heç bir oyunçuları məğlub olub, ruhdan düşmədilər. Hiss olunurdu ki, oyuna yaxşı köklənmişdilər. Fikrimcə, cavab matçında daha istəkli olacaqlar.