AZTV-nin tanınmış idman şərhçisi Tərlan Şahinoğlu tekekanalla yollarını ayırıb.
Ölkə.Az-ın məlumatına görə, bu barədə şərhçi özü sosial şəbəkədə yazıb:"Bu gün rəsmən bitdi. Altı il yarım ərzində şərhçi kimi işlədiyim məkandan ayrılmalı oldum. Bu müddət ərzində peşəmlə bağlı çox böyük təcrübə qazandım. Bunda əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Amma bundan savayı həm də dəyərli saydığım insanları və dostları tanıdım. Adlarını tək - tək çəkməyəcəm, özləri bilirlər. Hamısına can sağlığı və işlərində uğurlar arzulayıram. Nəisə.. Uzatmaq istəmirəm. Uzun sözün qısası mənim AzTV macəram sona çatdı.. Mən də daxil olmaqla Allah hamının yolunu açıq eləsin və ürəyinə görə versin, inşallah!"
Ölkə.Az-ın əldə etdiyi məlumata görə, T.Şahinoğlu fəaliyyətini "CBC sport" telekanalında davam etdirəcək.