Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Monako" - "Yuventus" matçı şotlandiyalı Villiam Kolluma həvalə olunub.1/4 finalın digər cavab qarşılaşması - "Real" (Madrid) - "Atletiko" (Madrid) oyununu isə almaniyalı Feliks Brix rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, hər iki görüş aprelin 22-i Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.