“Barselona” futbolçusu Arda Turanın durumu ilə bağlı açıqlama yayıb. Qol.az-ən xəbərinə görə, açıqlamada bildirilib ki, bu gün səhər aparılan tibbi müayinədən sonra türk oyunçunun əzələsinin dartıldığı bildirilib. Zədəsi ciddi olan Ardanın müalicəsi 3 həftə davam edəcək və bu müddətdə futbolçu yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi Türkiyə millisinin düşərgəsində olarkən zədə alıb.