“Karyeramın ən çətin dövrünü yaşadım“ – Qvardiola

“Karyeramın ən çətin dövrünü yaşadım“ – Qvardiola backend

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Portu" ilə cavab oyunu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında komandasının ÇL-in yarımfinalına yüksələcəyinə inandığını bildirib:

"90 dəqiqə ərzində çox şey dəyişə bilər. İlk oyunda məğlub olduq, ancaq sabah yeni matçımız var. Son bir neçə ayda böyük işlər gördük. Bundan sonra da əlimizdən gələni edəcəyik. Bundesliqada titulumuzu qorumalıyıq. Çempionlar Liqasının yarımfinalından isə bizi bir oyun ayırır. Sabah futbolçularımın şanslardan istifadə edəcəyinə şübhə etmirəm".

Qvardiola son bir neçə ayın onun üçün ağır keçdiyini bildirib: "Portu" məni təəccübləndirmədi. Rəqib yaxşı komandadır və orada səviyyəli futbolçular çıxış edir. Son bir neçə ayda karyeramın ən çətin dövrünü yaşadım. Futbol haqda çox şey öyrəndim. Mart və aprel bütün komandalar üçün mövsümdə həlledici aylardır. Futbolçularım artıq mənim üçün qəhramandırlar. Onlar ömrümün sonuna kimi qəlbimdə qalacaqlar".

Qeyd edək ki, səfərdə "Portu"ya 1:3 hesabı ilə uduzan "Bavariya" evdə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Diaspora