Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan dördqat dünya çempionu Almaniya millisini qəbul edib. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar uğurlu seriyanı Bakıda da davam etdirib və 4:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, almanlar 5 oyunun 5-cisində də meydanı qələbə ilə tərk ediblər.Azərbaycan millisi isə bu məğlubiyyətdən sonra qrupda 3-cü yerdən 4-cü yerə düşüb.
Qrupun digər oyununda Çexiya səfərdə San Marinoya 6:0 hesabı ilə qalib gəlib.
26 mart
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
20:00. Azərbaycan – Almaniya - 1:4
Qol: Andre Şürrle, 19 (0:1), Dmitri Nazarov, 31 (1:1), Tomas Müller, 35 (1:2), Mario Qomes, 45 (1:3), Şürrle, 80 (1:4)
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Azərbaycan: Kamran Ağayev, Pavel Paşayev, Rəşad Sadıqov (kapitan), Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Cavid Hüseynov, Rahid Əmirquliyev (Eddi İsrafilov, 87), Dmitri Nazarov, Əfran İsmayılov (Ruslan Qurbanov, 81), Ramil Şeydayev (Dəniz Yılmaz, 67)
Almaniya: Bernd Leno, Yonas Hektor, Benedikt Hövedes, Mats Hummels, Samii Xedira (kapitan), Yulian Draksler (Leroy Sane, 84), Toni Kroos (Sebastyan Runi, 89), Andre Şürrle, Tomas Müller, Yozua Kimmix, Mario Qomez (Məsut Özil, 60)
21:00. San Marino – Çexiya - 0:6
Qollar: Antonin Barak, 17, 24, Vladimir Darida, 19, 77-pen., Teodor Selassie, 26, M.Krmençik, 43
22:45. Şimali İrlandiya – Norveç