AFFA Rusiyanın "Zenit" klubunun azərbaycanlı futbolçusu Ramil Şeydayevə millimizdə oynaması üçün yenidən təklif göndərdiyini təsdiqləyib.
Bu barədə Qol.Az-a qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.Onun sözlərinə görə, AFFA millimizdə oynaması üçün 19 yaşlı futbolçuya yenidən müraciət edib:
"Başqa ölkələrdə yaşayan hər bir azərbaycanlı futbolçu ilə mütəmadi olaraq maraqlanırıq. Eləcə də Ramil Şeydayevlə yenidən əlaqə saxlanılıb. O, hələ ki, qərar verməyib. Biz ondan cavab gözləyirik".
Rusiyanın U-21 millisinin üzvü özü də millidə oynaması üçün ona yenidən müraciət edildiyini deyib.
Xatırladaq ki, R.Şeydayev daha öncə AFFA-nın təklifinə rədd cavabı verib.