Bundesliqada türk məşqçi istefaya göndərildi

Bundesliqada türk məşqçi istefaya göndərildi backend

Almaniya bundesliqası təmsilçisi "Hannover" baş məşqçisi Tayfun Korkutu istefaya göndərib.

Qol.Az-ın klubun saytına isinadən yaydığı xəbərə görə, komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən türk mütəxəssislə yolları ayrılıb.

Boş qalmış baş məşqçi vəzifəsinə əsas namizədlərin Peter Neururer və Volker Fine olduğu bildirilir.

Qeyd edək ki, "Hannover" hazırda ölkə çempionatının turnir cədvəlində 29 xalla 15-ci pillədədir.
Diaspora