Aprel şəhidlərinin xatirəsinə beynəlxalq cüdo yarışları keçiriləcək

Aprel şəhidlərinin xatirəsinə beynəlxalq cüdo yarışları keçiriləcək backend

“Judo Club 2012” İctimai Birliyi 21 yaşınadək oğlanlar və qızlar arasında (U-21) cüdo üzrə klub komandalarının beynəlxalq yarışını keçirəcək. Aprelin 17-dən start götürəcək yarışlar iki gün davam edəcək.


Lent.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarış ötən ilin Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr edilir. Bakı İdman Kompleksində keçiriləcək yarışda respublikamızın idman klubları ilə yanaşı, bir sıra xarici ölkələrin təmsilçilərinin də iştirak edəcəyi gözlənilir. Beynəlxalq qaydalara uyğun olaraq, oğlanlar -60, -66, -73, -81, +81, qızlar isə -57, -63 kiloqram çəkilərdə yarışacaqlar.

İlk üç yeri tutan komanda və iştirakçılar müvafiq dərəcəli kubok, diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar.

Reqlamentinə görə, yarışın rəsmi açılış mərasimi aprelin 18-də keçiriləcək. Həmin gün qaliblər müəyyənləşdiriləcək və mükafatlandırılacaq
Diaspora