Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi humanist çağırışla çıxış edib.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, o, özünü "Facebook" səhifəsində Suriyada müharibə ilə bağlı bunları yazıb:“Bir günlük müharibə belə çox ağırdır. Suriyalı uşaqlar isə artıq 6 ildir zorakılığın və müharibənin mərkəzində əsir qalıblar. Bir ata kimi və UNİCEF-in səfiri kimi bu, mənim ürəyimi ağrıdır. Bu müharibəyə son qoyulması üçün siz də səsinizi UNİCEF-ə göndərin”.
Qeyd edək ki, ötən ilin dekabrında "Real"ın futbolçusu Kriştiano Ronaldo da müharibədən əziyyət çəkən suriyalı uşaqlarla bağlı müraciət etmişdi.