“Hamının zəhləsini tökmüşük“ – Mourinyo

“Hamının zəhləsini tökmüşük“ – Mourinyo backend

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo komandasının sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis buna belə cavab verib:

"Yəqin ki, biz artıq hamının zəhləsini tökmüşük. Bu mövsüm ilk gündən çempionatda liderlik edirik. Bu isə insanlara xoş gəlmir".

Qeyd edək ki, "Çelsi" geridə qalan 33 turdan sonra 76 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi "Arsenal"ı 10 xal qabaqlayan Mourinyonun komandasının ehtiyatda bir oyunu var.
Diaspora