“Bunun üçün “Neftçi“ xal itirməlidir“ – Fariz Nəcəfov

“Bunun üçün “Neftçi“ xal itirməlidir“ – Fariz Nəcəfov backend

“Çətin oyun alındı. Komandamız yaxşı oynadı. Layiqli qələbə qazandığımızı düşünürəm”.

Qol.Az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

“Neftçi” üzərində qələbəni şərh edən klub rəsmisi hələ ki avrokuboklara vəsiqəni təmin etmədiklərini bildirib: “Bu qələbə şansımızı artırdı. Lakin indidən Avroliqaya vəsiqəni qazandığımızı söyləmək olmaz. Qarşıda hələ oyunlarımız var”.

F.Nəcəfov bürünc medala sahib çıxmaq şanslarının özlərindən asılı olmadığını qeyd edib: “Biz oyunumuzu oynayırıq. Qarşıdakı görüşlərdə də qələbə seriyamızı davam etdirməyə çalışmalıyıq. Amma bürünc medalı qazanmaq tək bizdən asılı deyil. Bunun üçün “Neftçi” xal itirməldir”.

F.Nəcəfov mövsümü başa çatdıqdan sonra heyətdə dəyişikliklər olacağını vurğulayıb: “Təbii ki, avrokuboklar öncəsi komandada dəyişikliklər olacaq. Transfer çalışmalarımız davam edir. İnanıram ki, avrokuboklara vəsiqə qazansaq, bu dəfə daha yaxşı çıxış edəcəyik”.
Diaspora