Karate üzrə ermənistanlı ikiqat dünya çempionu Kamo Unanyan ABŞ-ın paytaxtı Vaşinqtonda polis əməkdaşları tərəfindən saxlanılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, vəkili Unanyanın ABŞ-da xüsusi polis bölməsinə aparıldığını bildirib. İdmançının avtomobilindən 70 min dollar dəyərində tapança aşkarlanıb. Sözçüsü deyib ki, həbs üçün yetərincə dəlil olmadığından, karateçi yaxın günlərdə sərbəst buraxılacaq.Qeyd edək ki, Kamo Unanyan bir ildir yaşamaq üçün ABŞ-a köçüb.