Fuad Muradov azərbaycanlı və iranlı idmançıları ermənilərə qarşı MÜBARİZƏYƏ SƏSLƏDİ

Fuad Muradov azərbaycanlı və iranlı idmançıları ermənilərə qarşı MÜBARİZƏYƏ SƏSLƏDİ backend

Bu gün Bakıda azərbaycanlı və iranlı kikboksinqçilərin iştirak etdiyi VIII “Heydar Aliyev Cup” beynəlxalq turnir keçirilib.

Qaziler.az Modern.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının təşkil etdiyi turnir Ümumillik Lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Turnirin açılış mərasiminə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, digər millət vəkilləri və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. İran Kikboksinq Federasiyasının və WAKO Asiya-nın prezidenti Nasser Nasiri də qonaqlar arasında yer almışdı.

Turnirin açılış mərasimində çıxış edən Fuad Muradov azərbaycanlı və iranlı idmançılara çıxışlarından uğurlar arzulayıb. O, həmçinin, qardaş ölkələrin idmançılarını ermənilərə qarşı mübarizəyə də səsləyib.

“İran və Azərbaycanın yaxınlaşmasında gənclərin, xüsusən gənc idmançıların böyük rolu var. Mən əminəm ki, Azərbaycan və İran idmançıları birgə şəkildə ermənilərə qarşı mübarizəyə aparaq işğal altındakı torpaqlarımızın azad olunmasında öz töhvələrini verəcək”.

Qeyd edək ki, turnirdə Azərbaycan kikboksinqçilərindən lou-kikdə Elşən Qəniyev (63,5 kq) İraj Muradini, Ruslan Musayev (67 kq) Həmid Amnini, Rəhim Əliyev (71 kq) Əli Bani Əsədi və Alışan Aslanlı (75 kq) Seyid Əmirini sınağa çəkəcək.
K-1 döyüşçülərimizdən isə Ramal Aslanov (71 kq) Həmid Asli ilə, Ehtiram Rzayev (81 kq) Abufazil Qudarzi ilə və Orxan Məlikov (86 kq) Omid Nüsrəti ilə və üz-üzə gələcək.
Diaspora