İlham Zəkiyev doğum günündə Milli Paralimpiya Komitəsinə vitse-prezident seçilib

İlham Zəkiyev doğum günündə Milli Paralimpiya Komitəsinə vitse-prezident seçilib backend

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib. MPK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013 - 2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.

Nəzarət təftiş Komissiyasının hesabatı müzakirə edilərək, Komitənin dördillik fəaliyyətinin qənaətbəxş edilməsi və MPK-nın "2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017 - 2020-cı illər üçün Stratejı fəaliyyət Planı"nın təsdiq edilməsi barədə Qərarlar qəbul edilib.

Sonra rəhbər orqanlara seçkilər keçirilib. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov I vitse-prezident, ikiqat paralimpiya çempionu İlham Zəkiyev doğum günündə ilk dəfə vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.
Diaspora