“İkinci qolu buraxmasaydıq...“ - İbrahim Uzunca

“İkinci qolu buraxmasaydıq...“ - İbrahim Uzunca backend

"İlk qoldan sonra “İnter”in üstünlüyü vardı. Sonradan öz oyunumuzu yaxşılaşdırdıq. Bununla belə, ikinci qolu buraxdıq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Premyer Liqanın 30-cu turunda uduzduqları "İnter"lə oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

"Əgər 2-ci qolu buraxmasaydıq, bəlkə də hesab fərqli olacaqdı. İndi isə əsas məsələ digər oyunlara hazırlaşmaqdır" - deyə türkiyəli mütəxəssis bildirib.
Diaspora