Madrid "Real"ının futbolçusu Martin Edeqorun icarə əsasında Hollandiyanın "Herenven" klubuna keçidinin ilginc detalları məlum olub.
"Report" "El Confidencial"a istinadən xəbər verir ki, norveçli futbolçunun Hollandiya klubuna keçidi İspaniya təmsilçisi üçün çox əlverişli şərtlərlə həyata keçirilib.Belə ki, "Real" Edeqorun meydana çıxmadığı hər oyuna görə "Herenven" klubundan 40 min avro alacaq. Hələlik 18 yaşlı futbolçu yeni klubunda bütün matçlarda meydana çıxıb.
Qeyd edək ki, Edeqorun icarə müddəti 2018-ci ilin yayına qədərdir, amma cari mövsümün sonunda "Real" onu sıralarına qaytarmaq hüququna malikdir.