Boks üzrə Azərbaycan çempionatının gənclər arasında keçirilən finalında insident yaşanıb.
Boks üzrə Azərbaycan çempionatının gənclər arasında keçirilən finalında insident yaşanıb.BakiPost.az xəbər verir ki, insident 64 kq çəkidə yarışa çıxan idmançı Səbuhi Abışovun atası Yalçın Abışovla rəqibi Bəxtiyar Qazıbəyovun məşqçisi Rasim Məmmədov arasında olub.
Belə ki, Y. Abışov B. Qazıbəyovun yaşının gənclərə uyğun olmadığını, onun kişilər üçün keçirilən çempionatlarda yarışmalı olduğunu deyib. İddia edib ki, B. Qazıbəyov pasportunu saxtalaşdıraraq özünü gənclər arasında keçirilən yarışlarda sınayıb. Əslində, 1995-ci il təvəllüdlü idmançının özünü 1999-cu il təvəllüdlü təqdim etdiyini bildirən Yalçın Abışov Bəxtiyar Qazıbəyovun yarışdan uzaqlaşdırılmalı olduğunu deyib. O hətta "bu pensionerin gənclərin yarışında nə işi var, ayıb deyil, utanmırsınız?” deyə qışqıraraq etiraz edib.
B. Qazıbəyovun məşqçisi isə onun etirazına cavab verib. Bundan sonra tərəflər arasında söz davası olub. Onların davası yarış boyu davam edib.
Məsələ ilə bağlı ətraflı materialımız olacaq.
Məlumat üçün bildirək ki, Bəxtiyar Qazıbəyov Boks üzrə Azərbaycan yığmasının üzvü, yeniyetmələr arasında Avropa çempionudur. O, "Rabitə” boks klubunun tərkibində çıxış edir.
Səbuhi Abışov isə Boks üzrə respublika çempionatlarında "Qızıl”, "Gümüş” medallar qazanıb. O, Mərkəzi Ordu İdman klubunun idmançısıdır.