Roman Qriqorçuk: “Qələbəmizə obyektiv səbəblər mane oldu“

Roman Qriqorçuk: “Qələbəmizə obyektiv səbəblər mane oldu“ backend

"Belə meydanda oynamaqda oynamaq çətindir. Kombinasiyalı oyun göstərmək mümkün deyildi". "Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri futbol üzrə Azərbaycan Premyer Liqasının XX tur matçından sonra deyib.

52 yaşlı mütəxəssis bildirib ki, komandasından razıdır: "İstənilən halda qalib gəlməli olduğumuzu başa düşürəm. Öz futbolçularımdan razıyam. Sonadək vuruşdular. Qalib gəlməyimizə obyektiv səbəblər mane oldu".

Ukraynalı baş məşqçi qapılarına vurulan mübahisəli qol epizoduna toxunmasa da, Nika Kvekveskiri ilə "Kəpəz"in oyunçusu Nicat Qurbanov arasındakı insidentə də münasibət bildirib: "Mən Nikadan həmin epizodda nə baş verdiyini soruşdum. O mənə dedi ki, rəqib futbolçunun təxribatına uymadım, sakit reaksiya verdim. Amma Nicat məni nəyə görəsə vurdu".

Qeyd edək ki, 38-ci dəqiqədə baş vermiş insidentlə əlaqədar hər iki futbolçu meydandan qovulub.
Diaspora