Ukraynanın "Dinamo" (Kiyev) və Türkiyənin "Beşiktaş" klublarının hər biri 60 min avro məbləğində cərimələnib. "Report"un məlumatına görə, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar verib.
Səbəb kimi iki komanda arasında Çempionlar Liqasının qrup mərhələsinin son tur matçında azarkeşlərin davranışları səbəb olub. Həmin qarşılaşmada kiyevlilər 6:0 hesabı ilə qalib gəliblər.Daha əvvəl UEFA "Dinamo"nu görüşə lazımi səviyyədə hazırlaşmamaqda və tribunalarda təhlükəsizliyi təmin etməməkdə günahlandırıb. "Beşiktaş" isə azarkeşlərinin yolverilməz davranışları üzündən cəzalanıb.