Ermənistanın “Bakı-2015“ şərti rədd edildi

Ermənistanın “Bakı-2015“ şərti rədd edildi backend

Ermənistan nümayəndə heyəti "Bakı-2015" I Avropa Oyunları zamanı Atletlər Kəndində qalmaq istəməyib.

Qol.Az-ın "Report" agentliyinə istinadən yaydığı xəbərə , bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Ermənistan tərəfi səbəb olaraq daha təhlükəsiz məkanda məskunlaşmaq istəyini ifadə edib: "Lakin onlara izah olunub ki, ən təhlükəsiz yer məhz Atletlər Kəndidir. Onlar da bununla razılaşıblar".

A.Rəhimov bildirib ki, Avropa Parlametntinin qondarma "erməni soyqırımı"nı tanımasından sonra Ermənistan tərəfindən Avropa oyunlarında iştirak edib-etməyəcəkləri barədə heç bir açıqlama gəlməyib:

"Son günlər eşidirik ki, Ermənistanın hansısa federasiyası müəyyən səbəblər göstərərək "Bakı-2015"dən imtina edir. Amma biz şayələrlə yox, rəsmi açıqlamalarla işləyirik".
Diaspora