"Qarabağ" futbol klubunun üzvləri fevralın 26-da Şəhidlər Xiyabanına yürüş təşkil edəcəklər.
"Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir saat 11:00-a planlaşdırılıb.Yürüşdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, klub rəsmiləri, futbolçular, eləcə də, komandanın azarkeş qrupları iştirak edəcəklər.
Qeyd edək ki, fevralın 26-da Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçiriləcək.