Qaziler.az saytı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə (ARPMK) istinadən xəbər verir ki, yanvarın 9-da İcraiyyə Komitəsinin Sumqayıt Paralimpiya idman kompleksində keçirilən iclası ARPMK-nin prezidenti cənab İlqar Rəhimov açıq elan edərək 2014-cü ildə Milli Paralimpiya Komitəsinin gördüyü işlər barədə danışaraq, əldə edilən uğurlar, yeni tətbiq olunan idman növləri, beynəlxalq və respublika daxilində keçirilən yarışlar , eyni zamanda regionlarda yaranan idman klublarının işlərini yüksək qiymətləndirdi. I Bakı 2015 Avropa Oyunlarında Milli Paralimpiya Komitəsini təmsil edəcək idmançılara və şəxsi heyyətə uğurlar arzuladı." I Bakı 2015 Avropa Oyunlarında Milli Paralimpiya Komitəsini təmsil edəcək iki idmançımız qızıl paralimpiyaçı olaraq tarixə düşəcəyindən və dövlət başçısının idmançılarımıza olan etimadını doğruldacaqlarına əminik " deyən İlqar Rəhimov, cənab prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, I Bakı Avropa Oyunlarının Təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın paralimpiyaçılara olan diqqət və qayğısına görə təşəkkür etdi.
ARMPK-nin vitse prezidenti Şaiq Həmidov 2014-cü ilin yekunları və qarşıda duran vəzifələr haqqında geniş məruzə etdi. Sonra məruzə ətrafında müzakirələr aparıldı.İcraiyyə Komitəsi 2015-ci il üçün nəzərdə tutulan təqvim planını müzakirə edərək təsdiq etdi.
İclasın sonunda İlqar Rəhimov 2014-cü ildə uğur qazanmış idmançılara və onların məşqçilərinə Komitə adından pul mükafatları təqdim etdi.