İtaliya A seriyası təmsilçisi "Parma"nın daha 4 xalı silinib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna klubun rəsmən iflasa uğrayan klubun federasiya qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəb olub.Xalı 12-ə endirilən "Parma" hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Xatırladaq ki, eyni səbəbdən ötən ilin dekabrında "Parma"nın bir, mart ayında isə iki xalı silinmişdi.