Türkiyənin "Karabükspor” klubu UEFA tərəfindən sərt cəzalandırılıb.
Qaziler.az bildirir ki, Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, superliqa təmsilçisi avrokuboklardan kənarlaşdırılıb.Buna səbəb klubun maliyyə feyr-pleyinin tələblərini pozmasıdır. Uzun müddət “Karabükspor”la bağlı araşdırma aparan UEFA klubu 2 il beynəlxalq yarışlardan kənarlaşdırıb. “Karabükspor” 2016-17 və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə qazansa, turnirdə iştirak edə bilməyəcək.