Azərbaycan sərbəst güləş yığması Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycan sərbəst güləş yığması Dünya Kubokunda bürünc medal qazanıb backend

Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub.

"Report"un məlumatına görə, Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla yenib - 6:1.
Azərbaycan təmsilçilərindən yalnız David Suynuçxanov görüşünü məğlubiyyətlə başa vurub. Qalan 7 pəhləvan isə çətinlik çəkmədən qələbə qazanıb.
Azərbaycan - Türkiyə - 7:1
57 kq. Georgi Edişeraşvili - Sezar Akgül - 8:7
61 kq. Əli Rəhimzadə - Cengizxan Erdoğan - 0:0 (rəqibi xəbərdarlıqla uduzub)
65 kq. Hacı Əliyev - Safa Aksoy - 12:2 (təmiz qələbə)
70 kq. David Suynuçxanov - Yakub Qor - 2:10
74 kq. Murad Süleymanov - İslam Kılıç - 5:0
86 kq. Şərif Şərifov - Selim Yaşar - 2:1
97 kq. Aslanbek Alborov - Faruk Akkoyun - 9:1
125 kq. Cəmaləddin Məhəmmədov - Salim Ercan - 4:0 (tuşe)
Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda qrup mərhələsinin İlk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub - 14:20.
Diaspora