Üzgüçülük üzrə 3 qat olimpiya və 17 qat dünya çempionu Qrant Hekett həbs olunub. "Report"un HBC telekanalına istinadən verdiyi məlumata görə, 37 yaşlı idmançı vətəni Avstraliyada, Kvinslend ştatının Qold-Koste şəhərində saxlanılıb.
Polis məşhur üzgüçünün həbsini təsdiqləsə də, təfərrüat açıqlanmır. Yerli mətbuatda yer alan xəbərlərdə Hekettin valideynlərinin evində, atası polisə zəng etdikdən sonra saxlanıldığı bildirilir. Onun ailəsi ilə insident yaşadığı və bıçağa əl atdığı bildirilir.Qeyd edək ki, Qrant Hekett olimpiadalarda 2 dəfə sərbəst növdə 1500 metr məsafayə (Sidney 2000, Afina-2004), həmçinin 1 dəfə 4x200 metr məsafəyə üzməkdə (Sidney-2000) qızıl medal qazanıb.