AFFA Klublar Komitəsinin 2017-ci ildə ilk iclası işə başlayıb

AFFA Klublar Komitəsinin 2017-ci ildə ilk iclası işə başlayıb backend

"Boulevard Hotel"də AFFA Klublar Komitəsinin 2017-ci ildə ilk iclası işə başlayıb. "Report"un məlumatına görə, toplantının gündəliyinə 2 məsələ daxil edilib. İlk məsələ əvəzedici komandaların oyunlarının əsas komandaların qarşılaşmalarından bir gün sonra keçirilməsi istəyidir.

İkinci məsələ U-10, U-11, U-12, U-13 və U-14 liqalarında final mərhələsinə yüksələ bilməyən komandaların daha çox sayda oyun keçirə bilməsi üçün təqvimin müzakirəsidir.

İclasda digər məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, "Sumqayıt"ın prezidenti Kamran Quliyevin sədrlik etdiyi iclasa Premyer Liqanın bütün klubları - Fariz Nəcəfov ("Qəbələ"), Fikrət Hüseynov (AZAL), Orxan Hüseynzadə ("Neftçi"), Rəmiş Malıyev ("İnter"), Mikayıl Quliyev ("Kəpəz"), Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") qatılıb.
Diaspora