Türkiyənin "Qalatasaray" futbol klubunun yeni baş məşqçisi İqor Tudorla 1,5 illik müqavilə imzalanıb.
Trend-in məlumatına görə, razılığa əsasən xorvatiyalı İ.Tudor 150 min avro ödəniş qarşılığında vaxtından əvvəl "Karabükspor" komandasından ayrılaraq İstanbul klubuna gəlir.Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ı holland mütəxəssis Yan Olde Rikerink çalışdırırdı.