Paralimpiyaçı cüdoçulardan Gürcüstanda

Paralimpiyaçı cüdoçulardan Gürcüstanda backend

Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərinə təlim-məşq toplanışına yollanıb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, 13 gün davam edəcək toplanış Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq xarakteri daşıyır.
İslamiadanın proqramına cüdo və atletika olmaqla, iki paralimpiya idman növü əlavə edilib. Azərbaycanı təmsil edəcək paralimpiyaçıların adları yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda təşkil olunacaq.
Diaspora