Anqolanın şimalında Uiqe şəhərindəki bir stadionda yaşanan izdiham faciə ilə nəticələnib.
Axar.az xəbər verir ki, stadiona girə bilməyən azarkeşlərin qapının önündə sıxlıq yaratması nəticəsində 17 nəfər həlak olub, yüzlərlə yaralı var.Futbol tarixinin ən böyük faciələrindən biri olaraq qəbul edilən olayda ölənlərin əksəriyyətinin uşaq olduğu bildirilir.
Anqola Prezidenti Xose Eduardo dos Santos hadisə ilə bağlı istintaq prosesi başladılması haqda təlimat verib.