"Azərbaycanda tanınmış futbolçular çox olub. Nazim Süleymanov haqda məlumatım var. Ona həsr olunmuş kitabın təqdimat mərasiminə qatıldım. Bu, mənim borcumdur".
Qol.Az-ın məlumatına görə, bu sözləri Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş “Bitməyən matç” kitabının təqdimatına qatılan “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.Nazim Süleymanovla kiçik zarafat edən Ç.Abdullayev ona yeni işində uğurlar arzulayıb: "Elə bilirdim ki, Nazim Süleymanovun da 70 yaşı var. Amma baxıram ki, məndən bir neçə yaş balacadır. Mən ümumiyyətlə, Azərbaycanı bölgələrə ayırmıram.
Amma bir var burada tanınasan, bir də var xaricdə. Nazim Süleymanov Rusiyada oynayıb. Bu kitab rusca da yazılmalıdır, ora göndərməliyik ki, şimal qonşularımız da oxusunlar. Belə əsər yaratdıqları üçün kitabın müəlliflərinə təşəkkür edirəm. Eyni zamanda Süleymanova yeni işində uğurlar arzulayıram".