Hakerlər şəxsi yazışmalarını internetə yerləşdirmək təhdidi ilə dünya şöhrətli məşhur futbolçu Devid Bekhemdən 1 milyon funt-sterlinq tələb ediblər. İKT.lent.az-ın "The Telegraph"a istinadən xəbərinə görə, Bekhem tələbi rədd edib.
Bildirilir ki, kiberhücum Rusiya serverlərindən həyata keçirilib. Şantajçı "Artyom Lovuzov" niki ilə çıxış edib. O, 1 milyon funt-sterlinq ödəyəcəyi təqdirdə, Bekhemə oğurladığı bütün şəxsi məlumatları məhv etməyi vəd edib.
Qeyd edək ki, Bekhem oğurlanan şəxsi yazışmaların ona məxsus olduğunu etiraf edib.