16 yanvar 2015-ci il tarixdə Milli Paralimpiya Komitəsində Məşqçilər şurasının iclası keçirilmişdir.Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov iclası açaraq qeyd etdi ki, 2015-ci il paralimpiyaçı idmançılar üçün çox önəmli ildir. Bu ildə I Bakı 2015 Avropa Oyunlarına hazırlıq və 2016 Rio-de-Janeyro Paralimpiya Oyunlarında iştirak üçün lisenziyaların qazanılması üçün ciddi işlər görülməlidir.Bu işlərin həyata keçirilməsində məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Onlar təlim məşq toplantılarının keçirilməsi və idmançıların fiziki hazırlığının planlı şəkildə artırılmasına ciddi səy göstərməlidirlər.
İclasda 12 idman növü üzrə baş məşqçi 2014- cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat verməklə, öz təkliflərini irəli sürdülər. Şurada Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov hər bir idman növü üzrə yaradılmış şərait barədə məlumat verdi.İlqar Rəhimov Şuranın iclasına yekun vuraraq qeyd etdi ki, ölkəmizdə paralimpiya hərəkatının sürətli inkişafına olan dövlət və şəxsən cənab prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı nəticəsində idman növlərinin sayı qısa müddət ərzində 2-dən 12-yə çatdırılmışdır. BU da bizə imkan verəcəkdir ki, növbəti mötəbər beynəlxalq yarışlarda daha çox nailiyyətlər əldə edək.
İclasın sonunda İ.Rəhimov qalib idmançıların baş məşqçilərinə Milli Paralimpiya Komitəsinin mükafatlarını təqdim etdi.