Dünyanın transfer bazarını bir-birinə vuran çinlilər türk futbolçu Arda Turanı da Uzaq Şərqə aparmaqda israrlıdırlar.
Adı açıqlanmayan Çin klubu "Barselona"ya Arda üçün rekord məbləğdə transfer məbləği təklif edib. Artıq Ardanın meneceri transferin detallarını dəqiqləşdirmək üçün Çinə yollanıb.2015-ci ildə "Barcelona"ya 41 milyona transfer olunan Ardanın illik qazancı 8 milyon avrodur. 5 il müddətinə bağlanan müqavilənin şərtlərinə görə, Ardanı heyətinə qatmaq istəyən klub "Barsa"ya 125 milyon avro ödəməlidir. Çin klubu bu rəqəmi bir qədər aşağı salmağa çalışırlar. Ardanən özünə isə İspaniyadakından 3 qat artıq maaş təklif olunur.
Bu transfer reallaşsa, Arda dünyanın ən bahalı futbolçusu olacaq. Belə ki, hazırda bu göstəriciyə görə 105 milyon avroya "Mançester Yunayted"ə transfer edilən Poqba birincidi.
Xatırladaq ki, Çində "transfer pəncərəsi" martın 1-də bağlanacaq.