PSJ-nin hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda komandadan ayrılmayacaq.
Qol.Az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, bu barədə isveçli forvardın meneceri Mino Rayola açıqlama verib.O, İbrahimoviçin dörd oyunluq cəzalandırıldığı üçün PSJ-dən ayrılmaq istəyi ilə bağlı xəbərləri təkzib edib: "İbrahimoviç Parisi çox bəyənir və klubda onu hər şey qane edir. Klub rəhbərliyi ilə yaxşı münasibəti var. Ona görə də İbrahimoviç komandasını dəyişməyi düşünmür. Dörd oyunluq cəzanın ona hər hansı mənfi təsiri olmayacaq".
Qeyd edək ki, İbrahimoviç Fransa Liqasının "Bordo" ilə oyununda hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb.