"Futbolçu karyerıma Braziliyanın "Nautiko" klubundan başladım. Daha sonra "Anderlext", "Serk", "Vesterlo" klublarında futbol oynadım. Ardınca "Qarabağ" klubuna keçdim. Orada çox xoşbəxt 4 il keçirdim. "Adanaspor"da da uzun müddət yaxşı futbol oynayacağıma, ailəmlə birgə burada xoşbəxt yaşayağıma əminəm".
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"dan "Adanspor"a transfer olan Reynaldo Türkiyə klubunun telekanalına müsahibəsində deyib.O, "Adanaspor"a keçdiyi üçün xoşbəxt olduğunu bildirib:
"Burada hər kəs mənə çox kömək edir. Bu da məni çox sevindirir. Çünki yeni gəldiyiniz ölkədə olmaq asan deyil. Ancaq mənim üçün çox yaxşı qarşılanma oldu. Buna görə də klubdakı hər kəsə təşəkkür edirəm. Buradakı hədəflərim arasında komandama kömək etmək var. Bilirəm ki, məndən qol vurmağı məndən gözləyirlər. Məndə qollarımla, qol ötürmələrimlə komandama kömək etmək istəyirəm. Hazırkı hədəflərim bunlardır".
Reynaldo şəhər haqqında fikirlərini də bölüşüb: "Bura çox gözəldir. Digər komanda yoldaşlarımla bu barədə danışmışam. Burada hava, iqlim çox yaxşıdır. Günəşli günləri xoşlayıram. Bir sözlə, ilk fikirlərim yaxşıdır. Ümid edirəm ki, belə də davam edəcək".