Azərbaycan Premyer Liqasının XXX turunda “Simurq”la qarşılaşacaq “Qarabağ” bu gün Zaqatalaya yollanacaq.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, aprelin 17-də ölkə çempionatında "Simurq"la oyundan sonra Ağdam klubu ölkənin şimalında qalacaq. Buna səbəb "Qarabağ"ın apreli 21-də yenindən "Simurq"la üz-üzə gəlməsidir.Bu dəfə Azərbaycan kubokunun yarımfinalında Georgi Çixradzenin komandası ilə qarşılaşacaq "Qarabağ" oyun öncəsi məşqlərə Zaqatalada davam edəcək.
Bu isə o deməkdir ki, Ağdan klubu bir həftə Bakıda olmayacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 30-cu turunun "Simurq" - "Qarabağ" oyunu aprelin 17-i Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.