"Barselona" futbolçusu Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırdır. Qol.az-ın sport.es-ə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu yaxın saatlarda argentinalı hücumçuya 5 illik müqavilə təklif edəcək.
L.Messinin yeni sözləşmə ilə dünyanın ən çox maaş alan futbolçusu olacağı gözlənilir.
Qeyd edək ki, L.Messinin "Barsa" ilə hazırkı müqavilə 2018-ci ildə başa çatır.